Fransa çempionatının başa çatmasına 4 tur qalmış, "Lion" "Lill"lə üzləşib.

Offsideplus.az xəbər verir ki, ilk hissənin son dəqiqələrinə qədər "Lion"un 2:0 hesablı üstünlüyü ilə davam edən matçın taleyini türklər həll edib. Burak Yılmaz 2 qol və 1 ötürmə, Yusuf Yazıcı isə 1 assist ilə yadda qalıb: 2:3.

Bununla da, turnir cədvəlində xallarının sayını 73-ə çatdıran "Lill" liderlik kürsüsünə əyləşib. PSJ 72 xalla ikinci, "Monako" 71 xalla üçüncü pillədədir.

Oyunun icmalını təqdim edirik:

"Lion" - "Lill" 2:3 (İ.Slimani, 20. J.Fonte, 35. -avt. - B.Yılmaz, 45+1, 85. J.David, 60. )