Fransa Liqa 1-in 36-cı turunda səfərdə “Marsel”ə 1:2 hesabıyla uduzan “Nitsa”nın hücumçusu Mario Balotelli matçdan sonra işlətdiyi ifadələrlə diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, matçda komandasının yeganə qoluna imza atan italiyalı hücumçu, qarşılaşmanın ardından oyunun hakimlərindən şikayətlənib. O, paltardəyişmə otağına gedən tuneldə ədalət təmsilçilərinin ünvanına qeyri-etik ifadələr işlədərək, “hər dəfə bu .... fransız hakimlər” sözlərini deyib.
Balotellinin bu sözlərinə görə yerli federasiya tərəfindən cəza alacağı gözlənilir.