Türkiyə millisi və "Lill" klubunun futbolçusu Yusuf Yazıcı koronavirusa yoluxub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin COVİD-19 testi pozitiv nəticələnib. Yanvar ayında da virusa yoluxan türk ulduz dərhal karantinə alınıb.
O, Fransa çempionatının 31-ci turunda bu gün PSJ ilə baş tutacaq oyunu buraxacaq.