Fransanın PSJ klubunun yeni tarsnfer siyahısı dünya futbol ictimaiyyətini təəccübləndirib.

Offsideplus.az xəbər verir ki, son vaxtlar Paris təmsilçisinin Neymar və Mbappe kimi oyunçuları ilə müqaviləsinin uzadıb-uzatmayacağı barədə müzakirələrin getdiyi bir zamanda klub dünya futbol ulduzlarını heyətinə qatmaq niyyətindədir.

Liqa 1 təmsilçisinin idman direktoru Leonardo Nasimento bu mənada yeni siyahı tərtib edib.

Sözügedən siyahıda isə kimlərin adı yoxdur ki...

Messi, Aquero, Veynaldum, Serxio Ramos, Memfis Depay kimi dünya şöhrətli ulduzlar PSJ-nin "radar"ına düşüb.