"Beiktaş"ın qapıçısı Ersin Destanoğlu "Lion" klubunun hədəfindədir.
Offsideplus.az "Ntvspor"a istinadən xəbər verir ki, Fransa təmsilçisi 3 aydır maraqlandığı gənc qolkiper üçün rəsmi təklif göndərməyə hazırlaşır. "Lion" 20 yaşlı futbolçunun satış qiymətindən əlavə, mövsümün əvvəlində transfer etdikləri Cenk Özkaçarı da "Beşiktaş"a verməyi düşünür.
Qeyd edək ki, bir müddət öncə yeni anlaşma imzalayan "Beşiktaş" Ersinlə müqaviləsini 2025-ci ilə qədər uzadıb.