Maurisio Poçettino Kilian Mbappe PSJ-ni tərk edərsə, yerinə gətirəcəyi futbolçunu artıq seçib.

Offsideplus.az Mirror-a istinadən xəbər verir ki, argentinalı baş məşqçi sabiq komandası "Tottenhem"dən Harri Keyni istəyir. Belə ki, Kilian Mbappe Paris təmsilçisini tərk edərsə, onu Keyn əvəzləyəcək. 

Lakin "Tottenhem" rəhbərliyi ingiltərəli ulduzu satmaq qərarına gəlsə, "Mançester Yunayted" və "Siti" klubları ilə transfer yarışına girməli olacaq. 

Qeyd edək ki, Harri Keynin "Tottenhem"lə müqaviləsi 2024-cü ilə qədərdir.