Fransanın “Marsel” klubunun yeni baş məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Xorxe Sampaoli çalışdıracaq. Onunla 2023-cü ilə qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, 60 yaşlı argentinalı mütəxəssis bu vəzifədədə portuqaliyalı Andre Villaş Boaşı əvəzləyəcək.