Dünən Fransa Kubokunda baş tutan "Kan" - PSJ matçı debüt ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı Xavi Simons PSJ formasında ilk oyununa çıxıb. 78-ci dəqiqədə komanda yoldaşı Yulian Draksleri əvəzləyən yüksələn gənc ulduz 2018-ci ildə "Barselona" aşağı yaş qrupundan Paris təmsilçisinə keçid etmişdi. Transferi pulsuz baş tutan yarımmüdafiəçi dünya futbolunun yaxın gələcəkdəki ulduzu hesab olunur.
Onun PSJ ilə 2022-ci ilə qədər anlaşması var.
Qeyd edək ki, Xavi Simons futbolçu ailəsindən gəlir. Atası Regilion "Barselona"nın əfsanələrindən olan Xavinin şərəfinə oğluna belə ad qoyub.