Fransa Liqasına liderlikk edən "Lill" klubunda Yusuf Yazıcı şoku yaşanır.

Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasında "Ayaks"la baş tutacaq matçda türk ulduz çıxış etməyəcək. Fransa təmsilçisinin baş məşqçisi Qaltier bu barədə açıqlama verib.

Belə ki, "Bordo" ilə görüşdə qol vurandan sonra ayaq biləyi burxulan 24 yaşlı yarımmüdafiəçi "Ayaks"la oyuna kimi sağala bilməyəcək. 

Qeyd edək ki, "Lill" - "Ayaks" matçı fevralın 18-i, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.