Fransa 1-ci Liqasının 23-cü turunda "Lill" "Bordo"nun qonağı olub.

 Offsideplus.az xəbər verir ki, ev sahibləri qapılarından 3 cavabsız qolun keçməyinə şahid olub. "Lill"in ilk qolunu türk futbolçu Yusuf Yazıcı vurub. 

Qeyd edək ki, xallarının sayını 51-ə çatdıran "Lill" hazırda Fransa Liqasında hökmranlıq edir. "Lion" 49 xalla ikinci, PSJ isə 48 xalla üçüncüdür.

"Bordo" - "Lill" 0:3 (Y.Yazıcı, 54. T.Ueah, 66. C.Devid, 89.)