Fransa klubu "Marsel"in baş məşqçisi Andre Villaş-Boaş istefa verib.

Offsideplus.az BBC-yə istinadən xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis özü bildirib. 43 yaşlı baş məşqçi klubun idman siyasəti ilə razılaşmadığını bildirərək bu addımı atıb:

"Marsel"dən heç nə istəmirəm. Pulları mənə lazım deyil, sadəcə tərk etmək istəyirəm".

Hazırda 9-cu pillədə qərarlaşan klubun azarkeşləri 2 gün əvvəl prezident Jak-Anri Eyraudun istefasını tələb edərək, klubun bazasına hücum çəkmişdilər.

Qeyd edək ki, A.Villaş-Boaş 2019-cu ildən "Marsel"in baş məşqçisi idi.