Fransa klubu "Marsel"in baş məşqçisi Andre Villaş-Boaş istefa verib.
Offsideplus.az BBC-yə istinadən xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis özü bildirib. 43 yaşlı baş məşqçi klubun idman siyasəti ilə razılaşmadığını bildirərək bu addımı atıb:
"Marsel"dən heç nə istəmirəm. Pulları mənə lazım deyil, sadəcə tərk etmək istəyirəm".
Hazırda 9-cu pillədə qərarlaşan klubun azarkeşləri 2 gün əvvəl prezident Jak-Anri Eyraudun istefasını tələb edərək, klubun bazasına hücum çəkmişdilər.
Qeyd edək ki, A.Villaş-Boaş 2019-cu ildən "Marsel"in baş məşqçisi idi.