PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettinonun gözü Lionel Messi və Serxio Aqueronun üstündədir.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Kilian Mbappeni satmaq niyyətindədir. Belə ki, Poçettino "Liverpul", "Real Madrid" kimi klubların hədəfində olan 22 yaşlı hücumçunu satandan sonra yerinə "Barselona"dan Lionel Messi və "Siti"dən Serxio Aqueronu gətirmək istəyir. 

Qeyd edək ki, hər iki argentinalının klubları ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.