İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Lill” klubunun müdafiəçisi Adama Sumaoronu transfer edib.
 28 yaşlı fransız futbolçu transfer hüququnun alınması şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
Sumaoro “Lill”in öz yetirməsidir. O, bu komandanın heyətində 100-dən çox oyun keçirib. Müdafiəçi daha öncə İtaliyanın “Cenoa” klubunda da icarədə oynayıb.