PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino klubla keçirdiyi ilk oyunda qələbə qazana bilmədi. 

Offsideplus.az xəbər verir ki, "Seint Etyen"lə bərabərliyə razılaşan "Paris Sen-Jermen" klubunun çalışdırıcısı oyundan sonra Kilian Mbappe barədə fikirlərini bildirib. Poçettino 22 yaşlı hücumçusuna "Üzərində çalışmalıdır" deyə xəbərdarlıq edib:

"Oyunumuz üzərində çalışmalıyıq. Bəzi futbolçular da məsuliyyət götürərək özlərini inkişaf etdirməlidirlər. Mbappedən məmnunam, amma o da öz üzərində çalışmalıdır. Hələ ki, 3 gündür birlikdəyik. Yeni başladıq".

Qeyd edək ki, Poçettino ilk məşq günündə də sərt mövqeyini ortaya qoymuşdu. Zarafatlaşan futbolçularına "Gülməyi kəsin, məşq edin", - deyən baş məşqçi bu sözləriylə gündəm olmuşdu.