Müqavilə müddəti başa çatmadığı halda PSJ-dən ayrılan Tomas Tuxel buna görə təzminat alacaq.

Offsideplus.az "Bild"ə istinadla xəbər verir ki, alman mütəxəssisə böyük məbləğ ödənəcək. Alman həmkarlarımız təzminatın 6 milyon avro olduğunu qeyd edib.

Maraq üçün xatırladaq ki, PSJ hələ də Tuxellə yolların ayrıldığını rəsmi şəkildə bəyan etməyib.