Fransa klubu "Paris Sen-Jermen"in yeni baş məşqçisi olacağı gözlənilən Maurisio Poçettinonun gözü argentinalı ulduzun üstündədir.

Offsideplus.az Le Parisien-ə istinadən xəbər verir ki, "Tottenhem"in sabiq çalışdırıcısı Lionel Messini PSJ-də görmək istəyir. "Barselona" ilə razılaşması mövsümün sonunda başa çatacaq olan Messinin gələcək karyerasını hansı klubda davam etdirəcəyi məlum deyil. Xatırladaq ki, bir müddət öncə Neymar sabiq komanda yoldaşı ilə birlikdə oynmaq istədiyini dilə gətirmişdi.

Digər mənbələrin verdiyi məlumatlara əsasən isə, 48 yaşlı mütəxəssis "Tottenhem"də çıxış edən Dele Allini Fransa klubuna gətirməyi planlaşdırır.

Qeyd edək ki, Maurisio Poçettino son dəfə 2019-cu ildə "Tottenhem"i çalışdırıb. O vaxtdan bəri argentinalı çalışdırıcı klubsuzdur.