Fransanın PSJ klubunun hücumçusu Mauro İkardi fikrini dəyişib.

Offsideplus.az xəbər verir ki, bir müddət əvvəl baş məşqçi ilə olan problemə görə İtaliyaya dönmək istəyən argentinalı forvard qalmaq barədə düşünür.

Onun qərarına səbəb Paris təmsilçisinə həmyerlisi Maurisio Poçettinonun çalışdırmaq ehtimalının yüksək olmasıdır. PSJ-nin Tomas Tuxellə yollarını ayırdığı və Poçettino ilə ilkin razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, 27 yaşlı İkardi cari mövsüm Liqa1-də 5 oyun keçirib, 2 qol vurub.