Türkiyə millisinin keçmiş baş məşqçisi Özkan Sümerin vəfat etməsinə bir çox tanınmış şəxslər münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, belə futbolçulardan biri "Lill"də çıxış edən Yusuf Yazıcıdır. Özkan Sümeri öz babası kimi gördüyünü deyən 23 yaşlı yarımmüdafiəçi öz "tvitter" hesabında təsirli yazı paylaşıb. 

Sümeri özünə müəllim bilən Yusuf Yazıcı ötən gecə baş tutan matçın ardından imzalı formasını çamadanına qoyub. Formanı dəyərli müəlliminə gətirmək istəsə də, bu gün Özkan Sümerin dünyasını dəyişdiyini eşidib.