Türkiyə millisinin keçmiş baş məşqçisi Özkan Sümerin vəfat etməsinə bir çox tanınmış şəxslər münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, belə futbolçulardan biri "Lill"də çıxış edən Yusuf Yazıcıdır. Özkan Sümeri öz babası kimi gördüyünü deyən 23 yaşlı yarımmüdafiəçi öz "tvitter" hesabında təsirli yazı paylaşıb.
Sümeri özünə müəllim bilən Yusuf Yazıcı ötən gecə baş tutan matçın ardından imzalı formasını çamadanına qoyub. Formanı dəyərli müəlliminə gətirmək istəsə də, bu gün Özkan Sümerin dünyasını dəyişdiyini eşidib.
Hayat tam bir senaryo değil; hiçbir zaman, hiç kimse için de olmadı. Hep bir şeylerin eksikliğini çekti insan, hep öğrenmek, daha fazlasını elde etmek istedi. Benim hiç dedem olmadı. Hayat, ben onları göremeden bu dünyadan almış ikisini de. O yüzden benim dedem Özkan Sümer’di. pic.twitter.com/uRJ3xGUib1
— Yusuf Yazıcı (@yaziciyusuf97) December 22, 2020