"Monako"da Mbappe ilə yaxın münasibət saxlayan sabiq prezident köməkçisi Vadim Vasilyev fransalı ulduzun yaxın zamanlarda PSJ-dən ayrılacağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Vasilyev Kilian Mbappenin daha çox kubok qazanmaq üçün komandanı tərk edəcəyini düşünür:

"Mbappe qısa vaxt ərzində önəmli qərarlar alacaq və məncə, qarşıda bizi ayrılıq gözləyir. O gənc bir futbolçudur və kuboklar qazanmaq istəyir. PSJ ona özünü rahat hiss edəcəyi, hər şeyi qazanma ehtimalının olduğu bir layihə təqdim etsə, bəlkə də qala bilər".

Qeyd edək ki, 20 yaşlı Mbappenin "Paris Sen-Jermen" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.