PSJ 4 oyunçusu ilə yeni anlaşma imzalamağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bu barədə "Paris Sen-Jermen"in idman direktoru Leonardo məlumat verib. Belə ki, Neymar, Kilian Mbappe, Anxel Di MariaXuan Bernat ilə danışıqlar davam edir. 

Klubun braziliyalı ulduz ilə razılığa gəldikləri bildirilir.

"Biz danışıqlara başlayacağıq. Hər kəslə danışırıq. Bu gün oyunçular gedə bilməz. Neymar, Di Maria, Mbappe və Bernat ilə yeni müqavilə imzalamağı planlaşdırırıq", - deyə klub rəsmisi qeyd edib.