Fransa çempionatının 9-cu turu çərçivəsində keçirilməli olan “Olimpik” (Marsel) – “Lans” oyunu təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb qonaq komandada koronavirusa kütləvi yoluxmaların qeydə alınması olub. “Lans”ın 10-dan çox futbolçusunda koronavirus aşkarlanıb. 

Qeyd edək ki, sözügedən matç oktyabrın 30-da keçirilməli idi.