Yüksələn gənc ulduz futbolçu Eduardu Kamavinqa növbəti mövsüm Fransa Liqasında qalaraq düzgün qərar verdiyini düşünür.
Offsideplus.az xəbər verir ki, Eduardo Kamavinqa "Real Madrid"in təklifindən imtina edərək "Rennes" klubunda qaldığı üçün məmnundur.
"Təbii ki, böyük bir klubun maraqlanması gözəldir. Lakin çox vecimə almıram".
"Bu seçimi ailəmlə birlikdə etdim ("Rennes"də qalmaq barədə). Bu gün bu qərarı verdiyimiz üçün xoşbəxtik. Sadəcə futbola diqqətimi verməli və ətrafımda baş verənlər haqqında daha çox düşünməliyəm", - deyə Kamavinqa qeyd edib.
Qeyd edək ki, "Real Madrid"lə yanaşı PSJ də 17 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
Eduardo Kamavinqa 1914-cü ildən sonra Fransa millisində çıxış edən ən gənc oyunçudur.