PSJ-nin baş məşqçisi Unai Emerinin gələcək taleyinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis mövsümün sonunda istefaya göndəriləcək. Qərarı paytaxt təmsilçisinin sahibi, Qətər əmiri Tamim bin Hamad Al-Tani şəxsən özü qəbul edib. Artıq Emerini əvəzləyəcək yeni baş məşqçinin adı da bilinir. Çox güman ki, komandaya yeni mövsümdən “Borussiya”nın sabiq çalışdırıcısı Tomas Tuxel başçılıq edəcək.
Qeyd edək ki, daha öncə PSJ-nin sükanı arxasına keçəcək mütəxəssislər arasında Antonio Konte, Massimilyano Alleqri, Karlo Ançelotti, Luis Enrike, Paulu Fonseka və Leonardu Jardimin adı hallanırdı.