"Sent-Etyen" klubunun bir futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, adı açıqlanmayan oyunçunun evində təcrid olunduğu bildirilib.

Komandanın bu gün Berlin "Herta"sı ilə yoxlama oyunu nəzərdə tutulsa da, təhlükəsizlik qaydalarına görə görüş təxirə salınıb.