Futbol üzrə Fransa çempionatında növbəti mövsümün başlayacağı vaxt açıqlanıb.

Offsideplus.az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk tur avqust ayının 22-si və 23-də həftəsonu keçirilən matçlarla başlayacaq.

Qeyd edək ki, Liqa 1-də ötən mövsüm koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılmış, PSJ isə çempion elan edilmişdi.