“Nitsa” klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lion “Olimpik”indən Amine Quirini transfer edib.
20 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“Nitsa” Lion klubuna Amine üçün 7 milyon avro ödəyib.