Fransa Liqa kubokunda final oyununun tarixi müəyyənləşib.

Offsideplus.az Liqa1-in saytına istinadən xəbər verir ki, PSJ və “Lion” arasında final matçı iyulun 31-də keçiriləcək. Qarşılaşma Sen-Denidəki “Stad de Frans”da baş tutacaq.

Qeyd edək ki, daha əvvəl aprelin 4-nə planlaşdırılan final koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınmışdı.