“Nim” klubu baş məşqçisi Bernar Blakerlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Nim”də müvəqqəti olaraq bu vəzifə Jerom Arpinoya tapşırılıb.

Qeyd edək ki, Blaker 2015-ci ilin noyabrından “Nim”i çalışdırırdı.