Liqa 1 rəhbərliyi koronavirusa görə vaxtından əvvəl başa çatdırılan çempionatda son yerləri tutan "Amyen""Tuluza" aşağı diviziona göndərilməsinə qərar verib.

Offsideplus.az xəbər verir ki, Fransa dövlət şurası ötən həftə 2-ci liqaya göndərilməsinə qərar verilən “Tuluza” və “Amyen” klublarının elitada qalmasına qərar vermişdi. Lakin yarış rəhbərliyi növbəti mövsüm 22 komandalı çempionat təşkil edə bilmədiyi üçün qərarı qəbul etməyib.

Bu səbəbdən hər iki klub II Liqaya düşürülüb. Əvəzində isə "Lans" və "Loryan" klubları yüksək liqaya qalxıb. Fransa çempionatının 2019/20 mövsümünün qalibi PSJ elan edilib.