Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən bahalı futbolçuların reytinq cədvəlini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. 21 yaşlı forvardın dəyəri 259,2 milyon avrodur.

İkinci sırada İngiltərənin "Mançester Siti" klubundan Rahim Sterlinq (194,7 milyon avro) yer alıb. İlk "üçlüy"ü Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Ceydon Sanço tamamlayır.

İspaniya "Barselona"sının argentinalı hücumçusu Lionel Messi 100,1 milyon avroluq dəyəri ilə siyahıda 22-ci, İtaliya "Yuventus"unun portuqaliyalı forvardı Kriştiano Ronaldo (62,8 milyon avro) isə 70-cidir.