PSJ-nin baş məşqçisi Unai Emeri komandanın futbolçusu Neymar haqda danışıb.
Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, braziliyalı hücumçunun zədəsini sağaltması prosesinə toxunub.
Fevralda zədə alan Neymar daha sonra əməliyyat olunmaq məcburiyyətində qalmışdı. Emeri "sambaçı"nın növbəti ayda sıraya dönəcəyini bildirib:
"Neymarla danışdım. Hazırda özünü yaxşı hiss edir. 2-3 həftəyə sıraya dönməlidi".