Fransa çempionatının koronavirus pandemiyasına görə qarşılaşdığı itkinin məbləği açıqlanıb.
Offsideplus.az xəbər verir ki, çempionatın pandemiya səbəbindən itkisi azı 223 milyon avro təşkil edir.
Qeyd edək ki, mart ayında yarımçıq dayandırılan Liqa 1-də 2019/20 mövsümünün aprelin 30-da erkən başa çatdırılması barədə qərar qəbul olunub.
Lider PSJ isə çempion elan edilib.