Futbol üzrə Fransa çempionatında yeni mövsümün başlayacağı tarix müəyyənləşib.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1-də 2020/2021 mövsümü avqustun 22-də başlayacaq.

Çempionatın yayımçıları olan "Mediapro", "Canal +" və "BeIN Sports" ilə məsləhətləşdikdən sonra tarix təyin edilib. 

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb Turnir cədvəli olduğu kimi saxlanılıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.