Koronavirus pandemiyasına görə erkən başa çatdırılan futbol üzrə Fransa çempionatları ilə bağlı etirazlar davam etdir.
Offsideplus.az xəbər verir ki , “Olimpik” (Lion), “Amyen” və “Tuluza” klubları LFP-nin bu qərarı ilə bağlı məhkəməyə müraciət edib. Bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.
İnformasiyaya görə, Paris məhkəməsi ötən gün bu etirazı rədd etdiyini açıqlayıb.
Qeyd edək ki, Liqa 1-də 2019/20 mövsümü ölkədəki sərt karantin rejimi ilə əlaqədar erkən dayandırılıb və lider PSJ çempion elan olunub, son iki pillədə qərarlaşan “Amyen” və “Tuluza” isə Liqa 2-ə düşürülüb.