Fransa Liqa 1-də mövsümün erkən başa çatdırılması qərarından narazı qalan “Lion” Peşəkar Futbol Liqasını məhkəməyə verib.

Offsideplus.az xəbər verir ki, klubun prezidenti Jan-Mişel Olas qərarın tələsik verildiyini bildirib: “Lion” üçün pul əsas deyil. Klub ən aşağıdan yuxarılara yüksəlib. Əvvəlcə mövsümü bərpa etmə ehtimalını nəzərdən keçirməyi tələb etdik. Baş nazir və səhiyyə naziri ilə ətraflı müzakirə edə bilərdik. Əsas narazılığımız mövsümün vaxtından əvvəl başa çatması ilə bağlıdır. Bunun qanuni olub-olmadığını bilmək istəyirik”.

Qeyd edək ki,  turnir cədvəli olduğu kimi saxlanıldığından, ilk pillədə qərarlaşan PSJ çempion elan edilib, “Lion” isə mövsümü 7-ci pillədə tamamlayıb.