“Barselona”nın uzun müddətdir marağında olan "İnter"in futbolçusu Lautaro Martines üçün daha bir klub hərəkətə keçib.
Offsideplus.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, argentinalı futbolçunun transferində “İnter”lə “Barselona” razılığa gələ bilməyib. Səbəb İtaliya təmsilçisinin daha çox pul tələb etməsidir.
PSJ-nin də Martineslə maraqlanması futbolçunun "İnter"in istədiyi qiymətə sata bilməsinə imkan yaradır.
Kataloniya rəhbərliyi futbolçunun Messi ilə olan münasibətinin qərarına təsir edəcəyini düşünür.