"Renn" klubu "Roma"dan mövsümün sonuna qədər icarəyə götürdüyü Stiven Nzonzinin müqaviləsini uzadıb.

Offsideplus.az xəbər verir ki, Liqa 1-də mövsüm vaxtından əvvəl başa çatdırıldığı üçün "qırmızı-qaralar" 3-cü pillənin sahibi kimi Çempionlar Liqasına vəsiqə qazanıb.

Bu səbəbdən klub Fransa millisinin üzvünü daha bir mövsüm icarəyə götürüb.