PSJ klubunun bu mövsümün qalibi elan olunmasını rəsmən açıqlanıb.

Offsideplus.az xəbər verir ki, mövsümü 2-ci sırada başa vuran "Marsel" PSJ ilə birlikdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı "Renn" (tarixində ilk dəfə) ÇL-in pley-off mərhələsində çıxış edəcək. "Lill", "Reyms" və "Nitsa" isə Avropa Liqasında oynayacaq.

Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan "Amyen" və "Tuluza" Liqa 2-yə düşüb. Əvəzində isə aşağı dəstənin çempionu "Loryan" və 2-ci sırada qərarlaşmış "Lans" elitaya yüksəlib.