Futbol üzrə Fransa çempionatında qalib açıqlanıb.

Offsideplus.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, Liqa 1 rəhbərliyi turnir cədvəlindəkı sıralamanı olduğu kimi saxlamağa qərar verib.  PSJ 27 oyundan sonra 68 xalla 2019/2020 mövsümünün çempionu olub. Bu PSJ-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu çempionluğu olub.

"Marsel" 2-ci, "Renn" isə üçüncü olub.

Qeyd edək ki, "Tuluza" və "Amyen" komandaları aşağı dəstəyə düşəcəklər.