PSJ-nin müdafiəçisi Markinyos karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Barselona" Markinyosu transfer etmək fikrinə düşüb. Braziliyalı futbolçunun yaxın zamanlarda PSG ilə müqavilə yeniləməsi katalon klubunun işini çətinləşdirir.

Qeyd edək ki, cari mövsümdə 32 matçda meydana çıxan 25 yaşlı oyunçu 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.