PSJ-in üzvü Marko Verratti klubdakı vəziyyətindən danışıb.

Offsideplus.az xəbər verir ki, "Ligue 1"in rəsmi saytına açıqlama verən italiyalı yarımmüdafiəçi pulu düşünənlərin Çinə getdiyini bildirib:

“PSJ dünyada ən güclü yeddinci və ya səkkizinci klubdur. Bir sıra futbolçu PSJ-də oynamaq istəyir və məndən klubun prezidenti ilə bu barədə danışmağımı xahiş edir. Kimsə deyə bilər ki, biz burada pula görə oynayırıq, amma bu, belə deyil. Pula görə oynayan futbolçu Çinə gedir. PSG-ni seçən futbolçu isə Çempionlar Liqasını udmağı hədəfləyir. Çempionlar Liqasını PSG ilə udmaq digər komandaların heyətində çıxış edərək udmaqdan daha dəyərlidir.”