Fransanın PSJ klubu koronavirus pandemiyası səbəbiylə futbolçuların məvacibini azaltmaq istəyir.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu futbolçularla danışıq cəhdləri uğursuz alınıb. Klubun idman direktoru Leonardonun futbolçular Markinyos və Tiaqo Silva ilə məvaciblərin 20-30 faiz azaldılması ilə bağlı danışıqlar apardığı, lakin müdafiəçilərin komanda adından bu təkliflə razılaşmadıqları bildirilir.