Fransa Futbol Federasiyası COVİD-19 epidemiyasına görə təxirə salınan bir sıra liqalarla bağlı qərarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qurum həvəskar statusu daşıyan 4-cü, 5-ci və regional liqalarda cari mövsümün ləğv olunduğunu elan edib.

Həmçinin qadınlar arasında 2-ci liqada, futzal və gənclərin birinciliklərində mövsümün vaxtından əvvəl başa çatdırıldığı bildirilib.