Futbol üzrə Fransa Liqa 1-inin başlama vaxtı açıqlanıb.

 Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın bərpası 17 iyuna planlaşdırılır. "Lequipe" qəzeti Fransa Peşəkar Liqasının iclasında Liqa 1-in 17 iyunda başlayıb 25 iyulda bitirilməsinin hədəfləndiyini yazıb. Oyunlara azarkeş gəlib-gəlməməsi məsələsi barədə qərar verilməyib.

Qeyd edək ki, Liqa 1 dayandırılmadan öncə turnir cədvəlinə bir oyun az keçirməsinə baxmayaraq, ən yaxın izləyicisi "Marsell"i 12 xal qabaqlayan PSJ (68 xal) başçılıq edir.