Hatem Ben-Arfa qışda PSJ-ni tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, Ben-Arfa cari mövsüm Paris klubunun heyətində rəsmi oyunda meydana çıxmayıb. Bu səbəbdən də PSJ futbolçu ilə müqaviləni pozmaq istəyir.

Təcrübəli futbolçu sözləşməyə vaxtından əvvəl xitam verilməsinə qarşılıq olaraq 10 milyon avro tələb edir.

Qeyd edək ki, parislilərlə sözləşməsi gələn ilin yayında bitəcək Ben-Arfanın adı “Lester”lə yanaşı hallanır.

qol.az