Futbol üzrə Fransa Liqasını yayımlayan “Canal Plus” telekanalı klublara aprel ayı üçün ödəniş etməyəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyasına görə çempionatın dayandırılması klubları 110 milyon avrodan məhrum edib.
Telekanalın rəhbərliyi məsələ ilə bağlı çempionat rəsmilərinə məktub göndərərək bildirilib ki, hökumət matçları keçirməyə qərar verəndə, ödəmə üçün yenidən müzakirə aparılar. Həmçinin, qüqavilədə qarşılaşmalar keçirilməyəndə ödəmə olunması ilə bağlı maddə olmadığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Fransa çempionatı martın 13-də koronavirusa görə dayandırılıb.