PSG-in üzvü Kilian Mbappe nümunəvi addım atıb.

Offsideplus.az xəbər verir ki, fransalı hücumçu "Abbe Piyer Vəqfi"nə maliyyə dəstəyi edib.

Bu barədə məlumatı fondun özü yayıb:

"Ölkəmizdə cərəyan edən bu krizisdə Kilian Mbappe fəaliyyətimizə dəstək oldu. Onun cömərdliyi sayəsində ilkyardım ehtiyaclarımız həll olundu, evsizlərin yemək-içmək, gecələmək kimi problemləri aradan qaldırıldı".