Fransanın “Anje” klubunun prezidenti Said Şaban həbs olunub.
Offsideplus.az xəbər verir ki, o, cinsi təcavüzdə günahlandırılır.
“Anje”də çalışan 3 qız 55 yaşlı prezidentin onlara qarşı təcavüz etdiyini bildirir.
Liqa 1 təmsilçisinin vəkili Said Şabanın həbs olunduğunu təsdiqləyib. O Şabanın bütün ittihamları rədd etdiyini bildirib. Şaban istintaqın nəticəsində günahsız olduğunu isbat edəcəyinə inanır.